Bayden general Mark Milleyin yerinə namizədini- AÇIQLADI

ABŞ prezidenti Co Bayden general Çarlz Braunun ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə namizədliyini rəsmən irəli sürüb.

Azpost.info xəbər verir ki, bu gün Ağ evdə buna həsr olunmuş təntənəli mərasim baş tutub.

“Bu gün mən Birləşmiş Qərargah Rəisləri Komitəsinin növbəti sədri vəzifəsinə öz namizədimi təqdim etmək şərəfinə nail oldum”, – ABŞ lideri bildirib.

O qeyd edib ki, indiyədək ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışan Braunun döyüş təcrübəsi var, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunda komandan vəzifələrində çalışıb.

ABŞ Senatı tərəfindən təsdiq olunarsa, Braun Milli Təhlükəsizlik Şurasının rəhbəri postunda general Mark Milleyi əvəz edəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.