Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Bayden irsini” təmizləmək lazımdır” –

User 19 Fevral 2025 - 15:47 (Last updated: 21 May 2025 - 20:15)
Lavrov

Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən “Hökumət saatı”nda çıxış edərək Ər-Riyadda Amerika nümayəndə heyəti ilə görüşün detallarını açıqlayıb.

AzPost APA-ya istinadən xəbər verir ki, Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması istiqamətində hərəkətin başladığını bildirib.

Onun sözlərinə görə, ticarət və siyasətdə tərəfdaşlıq qurmaqdan ötrü şərait yaratmaq üçün “Bayden irsini təmizləmək” lazımdır: “Moskvanın Vaşinqtonla əlaqələrin bərpası üçün şərait yaratmaq istəyi var. Rusiya ümid edir ki, təhlükəsizlik və strateji sabitlik üzrə danışıqlar üçün şərait yaranacaq. Moskva və Vaşinqton perspektivli iqtisadi layihələrin qarşısında duran maneələrin aradan qaldırılmasında maraqlı olduqlarını bildirdilər”.

Lavrov vurğulayıb ki, Moskva və Vaşinqtonun milli maraqları heç vaxt tam üst-üstə düşməyəcək, lakin hər iki tərəf qarşılıqlı əməkdaşlıqdan faydalanmalıdır. “Milli maraqlardakı fərqlər qarşıdurmaya səbəb olmamalıdır. Biz Bayden administrasiyasının münasibətlərimizi apardığı uçurumun astanasından uzaqlaşmağa başlamışıq, lakin bunlar yalnız ilk addımlardır. Atmosfer müsbətdir, niyyətlər düzgündür, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini və hansı addımların atılacağını görəcəyik”.

Rusiya XİN başçısı Ər-Riyadakı danışıqlarda Ukrayna mövzusuna xüsusi diqqət ayrıldığını söyləyib. Onun sözlərinə görə, görüşdə Moskva Vaşinqtonu Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa çağırıb.

“Kiyevi NATO-ya cəlb etməklə uzun illər Rusiyanın təhlükəsizliyi üçün yaradılmış təhdidləri nəzərə almaq lazımdır. ABŞ prezidenti Donald Tramp bu mövqeyi anlayır. Ukraynada Rusiya ilə əlaqəli hər şeyin məhv edilməsini, rus mədəniyyətinə və Rus Pravoslav Kilsəsinə qarşı təqibləri dayandırmaq lazımdır”, – Lavrov Moskvanı narahat edən məsələlərin ABŞ tərəfinin diqqətinə çatdırıldığını söyləyib.

Post navigation

Previous: Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Next: Fuad Muradova və digərlərinə hökm oxundu

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.