Bayden koronavirusla bağlı Zirvə görüşü keçirmək istəyir

03 Avqust 2021 - 07:59

ABŞ Prezidenti Co Bayden sentyabr ayında BMT Baş Assambleyasında COVID-19 və gələcək pandemiyalarla mübarizə mövzusunda onlayn Zirvə görüşü təşkil etmək niyyətindədir.

Bu barədə “Axios” xəbər portalı sözügedən təşəbbüsün müzakirəsi ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Forumun məqsədi “delta” ştammının yayılması ilə əlaqədar ölkələrin koronavirus əleyhinə peyvəndlərin tətbiqi istiqamətində səylərini gücləndirməkdir.

Agentlik qeyd edib ki, hazırda ABŞ rəhbərliyi qeyri-hökumət təşkilatları ilə belə bir konfransın detallarını müzakirə edir.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də təşkilatın Nyu-Yorkdakı qərargahında başlayacaq.