Bayden Putini Aleksey Navalnını dərhal həbsdən azad etməyə çağırdı –

BƏYANAT
05 Fevral 2021 - 01:51

ABŞ prezidenti Co Bayden ilk dəfə Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsi ilə bağlı mövqeyini açıqlayıb.

Azpost.info bildirir ki, ABŞ prezidenti bu barədə Dövlət Departamenti qarşısında çıxışı zamanı bəyan edib. Bayden Navalnının həbsini pisləyib: “Navalnı korrupsiyanı ifşa etdiyi üçün hədəfə alınıb”-deyən Bayden onun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb. Bayden bildirib ki, Navalnı ilə bağlı yaranmış situasiya onu və dünya ictimaiyyətini ciddi şəkildə narahat edir.

Fevralın 2-də Moskva məhkəməsi A.Navalnını 3,5 il müddətinə həbs cəzasına məhkum edib.