Bayden Putini Aleksey Navalnını dərhal həbsdən azad etməyə çağırdı –BƏYANAT

ABŞ prezidenti Co Bayden ilk dəfə Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsi ilə bağlı mövqeyini açıqlayıb.

Azpost.info bildirir ki, ABŞ prezidenti bu barədə Dövlət Departamenti qarşısında çıxışı zamanı bəyan edib. Bayden Navalnının həbsini pisləyib: “Navalnı korrupsiyanı ifşa etdiyi üçün hədəfə alınıb”-deyən Bayden onun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb. Bayden bildirib ki, Navalnı ilə bağlı yaranmış situasiya onu və dünya ictimaiyyətini ciddi şəkildə narahat edir.

Fevralın 2-də Moskva məhkəməsi A.Navalnını 3,5 il müddətinə həbs cəzasına məhkum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sumqayıtda sürücünün qaçırdığı avtobus BNA-ya məxsus deyil” –

Sonrakı məqalə

Teledərslərin fevralın 5-nə olan cədvəli