Bayden Rusiya ilə bağlı sualları cavablandırmaqdan imtina edib

ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq.

“İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları – red.) təyyarəyə tələsirlər… Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz”, – deyə ABŞ lideri vurğulayıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xoşbəxt olmağa can atanlar xəstədirlər, bu mümkün deyil” –

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb –