Bayden Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

“Birləşmiş Ştatlar bu gün Rusiyaya qarşı yeni sanksiyalar elan edir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ukraynanın Müstəqillik Günü münasibətilə verdiyi açıqlamada deyib.

O bildirib ki, minlərlə ukraynalı uşağı zorla Rusiyaya aparanlara məhdudiyyətlər qoyulur.

Sanksiyaya məruz qalan şəxslərin adlarının siyahısı hələ açıqlanmayıb.

İyulun 29-da prezident Vladimir Putin bildirib ki, Rusiya ukraynalı uşaqları qaçırmayıb, ancaq onları müharibə zonasından çıxararaq xilas edib. Putin onların vətənə qayıtmalarında heç bir problem olmadığını deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.