Bayden və Zelenski gələn həftə İtaliyada görüşəcəklər

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə İtaliyada G7 sammiti çərçivəsində görüş keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti liderlərin Fransadakı söhbətindən sonra məlumat verib.

Məlumata görə, Bayden və Zelenski bugünkü görüşdə Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti və Kiyevin ehtiyaclarını müzakirə ediblər. Görüş zamanı ABŞ prezidenti Ukraynaya 225 milyon dollar məbləğində daha bir hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.

G7 sammiti iyunun 13-15-də İtaliyanın cənubundakı Puglia bölgəsində keçiriləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.