Bayden və Zelenski təhlükəsizlik müqaviləsi imzalayıb

ABŞ prezidenti Co Bayden İtaliyada keçirilən “G7” sammiti çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.

 Azpost.info bildirir ki, bu barədə “Royters” xəbər agentliyi məlumat verib.

ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər, hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.

Əldə olunan məlumata görə tərəflər bu razılığa Ukraynanın NATO alyansına mümkün üzvlüyünə körpü kimi baxır.

“Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir” – deyə sazişdə qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.