“Bayden üçüncü dünya müharibəsinin alovunu yandırdı”- Rusiya kommunistlərinin lideri

“ABŞ prezidenti Co Bayden xalqına müraciəti zamanı Vaşinqtonun potensial hərbi xərclərindən danışıb və bununla da üçüncü dünya müharibəsinin alovunu yandırıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov deyib.

Onun sözlərinə görə, Bayden Yaxın Şərqdəki münaqişə tərəflərini danışıqlar masası arxasına əyləşməyə çağırmalı, onlardan birinə sponsorluq vədi verməməli idi.

“Bu yaxınlarda yaşlı Bayden Yaxın Şərqə uçdu və danışıqlar masasında oturmağa çağırmaq əvəzinə, müharibənin alovunu yandırdı. Mən onun ABŞ vətəndaşlarına müraciətinə baxdım, o, üçüncü dünya müharibəsini alovlandıraraq savaşa 60 milyard dollar ayıracağını bəyan etdi”, – Züqanov bildirib.

Bayden ABŞ Konqresindən təqribən 100 milyard dollar məbləğində əlavə vəsait ayırmağı xahiş edəck. Bu pul müxtəlif ehtiyaclara, o cümlədən Ukrayna, İsrail və Tayvana hərbi dəstək üçün istifadə olunacaq.

Azpost.info

Əvvəlki məqalə

“Müqəddəs yer boş qalmır”

Sonrakı məqalə

Bakıda 11 yaşlı oğlan ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb