Bakıda 11 yaşlı oğlan ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb

Oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

“Bayden üçüncü dünya müharibəsinin alovunu yandırdı”

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı ilə görüşüb