“Baydenlə qəbula dəvətin ləğvi qeyri-ciddi addımdır”- Gürcüstan Baş naziri

“ABŞ prezidenti Co Baydenlə qəbula dəvətin ləğvi ciddi addım deyil, xüsusən də dəvətin üç gün əvvəl Gürcüstan nümayəndə heyətinə təqdim edildiyini nəzərə alsaq”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Baş nazir bildirib ki, bu məsələ ilə bağlı heç bir xüsusi şərh verə bilmir: “Ciddi deyil. Üç gün əvvəl dəvət göndərdilər, sonra ləğv etdilər. Müxalifət üçün praktiki effekti olmasa da, bu, müxalifətin xeyrinə bir növ humanitar hərəkət idi”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.