Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bayram günləri Ağstafa və Qəbələ istiqamətində əlavə qatarlar xəttə buraxılacaq

User 26 İyun 2023 - 12:44 (Last updated: 21 May 2025 - 20:15)
qatar ankara

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində iyunun 26, 27, 28, 29, 30-da və 1, 2-də iyul tarixlərinə əlavə qatar reysləri təyin edib.

QSC-dən bildirilib ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafa-Bakı istiqaməti üzrə Ağstafadan saat 16:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.

Xatırladaq ki, iyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli sərnişin qatarları yeni hərəkət qrafikinə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Bununla yanaşı, bayram günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə ümumilikdə 10 əlavə qatar reysi təyin edilib. İyunun 26, 27, 28, 29 və 30-da Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən sürətli sərnişin qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.

Qeyd edək ki, 26 iyun – 2 iyul tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun ənənəvi qaydada hərəkətdə olacaq.

Post navigation

Previous: SSRİ-nin son ilində Milli Ordu əsgərlərinə verilən ilk vəsiqə –
Next: Bakıda hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü olub

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.