Bayram günlərində avtobuslar və metro işləməyəcək

18 iyuldan 22 iyula qədər ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edib.

Qərara əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 29 iyun 2021-ci il tarixli qərarına əsasən, bu il Qurban bayramı günlərində (iyulun 20, 21-i) ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə icazə verilmişdi. 17 iyulda isə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinə qadağa qoyulmuşdu.

Ancaq Nazirlər Kabinetinin 1 iyul 2021-ci il tarixli qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Başqa sözlə, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Beləliklə, 4 gün – 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul – ardıcıl qeyri iş günü olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan ordusu Naxçıvandakı mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

“10 min şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin olunub” –