“Bazarda bütün Rusiya neftini əvəz etmək mümkün olmayacaq”-PUTİN

Qlobal bazarda bütün Rusiya neftini əvəz etmək mümkün olmayacaq.

AzPost bildirir ki, bu barədə prezident Putin jurnalistələrə müsahibəsində deyib.

Rusiya lideri bildirib ki, Qərb ölkələri üçün Rusiya neftinin qismən kompensasiya etmək əhəmiyyətli maliyyə investisiyaları tələb edəcək. Bundan əlavə, belə nəticələrə nail olmaq niyyətində olanlar xeyli vaxt və səylə ehtiyac duyacaqlar.

Dövlət başçısı qeyd edib ki, neft hasilatı hazırda pik həddə çatıb. Moskva tərəfindən əvvəllər təchiz edilən bəzi həcmlərin əvəzlənməsi mümkün olsa da, Rusiya tədarükünün qlobal ticarətdən tamamilə çıxarılması qeyri-real görünür: “Əlbəttə, müəyyən hissə kompensasiya edilə bilər; Amma tam əvəzlənməsi mümkün deyil. Birincisi, bu, vaxt ikincisi də əhəmiyyətli investisiya tələb edir”, – deyə Putin izah edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.