“Bazarstore Əhmədlidəki filialınızda meyvə tərəvəz tərəzisində məhsulu çəkən yoxdur 20 dəqiqədən çoxdur gözləyirik”. AzPost xəbər verir ki, bunu müştərilərdən biri sosial şəbəkə hesabında yazıb.
Müştəri bildirir ki, məsələ ilə bağlı şikayət edəndən sonra onu ət bölməsinə baxan şəxsə yönləndiriblər. “Ona da yalvardıq nazlana-nazlana gəldiki mənim işim deyil sadəcə gəlmişəm elə belə, meyvəyə baxan da bilmirəm hardadır. 1-2 müştəri yola saldı gördü müştərinin davamı gəlir tulladı orda tərəzini getdi” – deyə müştəri şikayətində bildirib.