Bazarstore müştərini aldatdı – CƏRİMƏLƏNDİ

Bazarstore
Bazarstore

2025-ci ilin ilk rübündə istehlak bazarında aparılan yoxlamalar bir sıra iri market şəbəkələrinin qanunvericiliyə zidd hərəkətlərini üzə çıxarıb. AzPost xəbər verir ki, bu dəfə də qanun pozuntusuna görə adı hallanan şirkətlər sırasına “Bazarstore” MMC də daxil olub.

Məlumata görə, 18 fevral 2025-ci il tarixində “Bazarstore”da qida məhsulunun üzərində göstərilən qiymətlə kassada keçirilən məbləğ arasında fərq aşkarlanıb. Beləliklə, alıcı malın hesabında az miqdarda aldadılıb. Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin birinci bəndinə və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

İnzibati protokola əsasən, vətəndaşa təqdim olunan mal faktiki olaraq elan edilən qiymətə uyğun gəlməyib. Bu da istehlakçının hüquqlarının pozulması ilə yanaşı, marketin məsuliyyətini gündəmə gətirir. Bəzi hallarda bu fərqlər məbləğ baxımından kiçik olsa da, geniş miqyasda baxıldıqda alıcıların etibarına ciddi zərbə vurur.

İstehlak bazarına nəzarət edən qurumların apardığı monitorinqlər sübut edir ki, alıcının diqqətindən yayınan bu cür qiymət uyğunsuzluqları artıq tendensiyaya çevrilməkdədir. Hüquqşünasların fikrincə, belə hallarda alıcının müraciəti əsasında marketlərə qarşı həm cərimə tətbiq olunur, həm də yenidən qanunlara uyğun fəaliyyət göstərmələri üçün xəbərdarlıq edilir.

Qeyd edək ki, “Bazarstore” “Azersun Holdinq”ə daxil olan şirkətlərdən biridir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.