BDU-nun mətbuat xidmətinin rəhbəri işdən ayrılıb- Açıqlama

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova vəzifəsindən ayrılıb. 

Bu barədə o “Facebook” hesabında yazıb: “2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma Universitetdə doktorantura pilləsini bitirib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olub, pedaqoji fəaliyyətə cəlb edilmişəm. Bir 10 il (2000-2010) də Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk. O, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il Azərbaycana daimi yaşamaq üçün 2042 nəfər gəlib

Sonrakı məqalə

Ötən il Azərbaycanda qeydə alınan nikahların sayı açıqlanıb