“Belə davam edə bilməz…”- Duma PUA hücumuna qarşı SMS xəbərdarlığı təklif edir

Moskva sakinləri gözlənilməz təhlükə ilə üzləşməmək üçün pilotsuz təyyarələrin zərbələri barədə SMS vasitəsilə xəbərdar edilməlidir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının vitse-spikeri Vladislav Davankov deyib.

“Belə davam edə bilməz. Birincisi, moskvalılar uşaq deyillər. Dronların şəhərə hərəkəti ilə bağlı onları xəbərsiz qoymaq gözlənilməz təhlükəyə məruz qoymaq deməkdir. Müəyyən edilmiş təhdidlər barədə sakinləri məlumatlandırmaq üçün ünvanlı SMS imkanlarını işləmək lazımdır”, – Davankov bildirib.

O, həmçinin Ukraynaya qarşı müharibə bitənə qədər küçə kameralarının yarısını yenidən təchiz etməyi təklif edib: “İndi kameralar hətta bağlanmamış təhlükəsizlik kəmərini və ya pəncərədən atılan siqaret kötüyünü belə çəkir. Əminəm ki, bizim texniki mütəxəssislərimiz Rusiya şəhərlərinin təhlükəsizliyini təmin etmək üçün qısa müddətdə həll yolu tapa biləcəklər”.

Azpost.info

Əvvəlki məqalə

Surət Hüseynovun vəziyyəti necədir? –

Sonrakı məqalə

İsveç və Danimarkada Quranın yandırılması hallarını pisləyirik