“Belarus İrana ortaq maraqları olan dost ölkə kimi baxır”- Dövlət katibi

Belarus İrana ortaq maraqları olan dost ölkə kimi baxır.

Azpost.info xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə deyib.

“Belarus torpağında görüşümüzə görə çox şadam. Bizim sizinlə sıx qarşılıqlı əlaqəmiz İrana öz töhfəsini verəcək. Məqsəd həm ölkələrimizin ərazisində, həm də bütövlükdə dünyada sülh və təhlükəsizliyə nail olmaqdır”, – o bildirib.

Dövlət katibinin sözlərinə görə, Belarus və İran çoxqütblü dünyanın qurulması ilə bağlı eyni baxışlara malikdir, dövlətlərin inkişafı, onların suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparır, digər xalqların maraqlarına hörmətlə yanaşır.

Azpost.info

Əvvəlki məqalə

MSK Mustafa Hacılının müraciəti barədə qərar verib

Sonrakı məqalə

Azərbaycanda əhalinin sayı açıqlanıb