Belarusda dövlət çevrilişi baş verə bilər

Belarusda dövlət çevrilişi baş verə bilər.

Azpost.info bildirir ki, bu gözlənilməz proqnozla Belçikanın VRT telekanalı çıxış edib.

Media qeyd edir ki, keçmiş hərbçilər artıq Polşada təlim keçirlər. Aydın olur ki, Belarusun bir qrup keçmiş polis zabiti və əsgəri ölkə prezidenti Aleksandr Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq planı hazırlayırlar. Söhbət Belarus hakimiyyəti tərəfindən terrorçu kimi tanınan BYPOL təşkilatının üzvlərindən gedir.

Bildirilir ki, bu qrupun üzvləri əvvəllər Belarusun dəmir yollarında təxribat aksiyaları həyata keçiriblər.

Bir gün əvvəl Britaniyanın “The Times” qəzeti sözügedən təşkilatın Polşadakı üzvlərinin 2020-ci il etirazlarından sonra ölkəni tərk etmiş Belarus vətəndaşlarını öz sıralarına cəlb etdiyini yazmışdı.

Bildirilib ki, qrup Belarusun təhlükəsizlik qüvvələrinin keçmiş və indiki əməkdaşlarını birləşdirir. Təşkilat ölkədə terrorçu kimi tanınıb və fəaliyyəti qadağan edilib.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Rusiyanın NATO-ya hücumunun ssenarisi açıqlanıb