Belarusda müxalifətin Koordinasiya Şurası yaradıldı –Nobel mükafatı laureatı üzvlər sırasındadır

Avqustun 18-də Belarus müxalifətinin Koordinasiya Şurası yaradılıb.

Koordinasiya Şurasına Belarus müxalifətinin və vütəndaş cəmiyyətinin tanınmış simaları, o cümlədən ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç, Svetlana Tixanovskaya, Viktor Babariko və seçki qərargahının nümayəndələri daxildir. Şuranın ilk iş iclası avqustun 19-na təyin edilib.

Qurumun məqsədi məqsədi – yeni prezident seçkilərinin keçirilməsi və hakimiyyətin dinc yolla ötürülməsinin təmin edilməsidir.

Korrdinasiya Şurası bu gün ilk mətbuat konfransını keçirib. Şuranın başqa bir siyasi və ya islahat proqramı yoxdur.

Belarus prezidenti Aleksandr Lukaşenko müxalifətin Korrdinasiya Şurasının yaradılmasını Belarusda dövlət çevrilişinə cəhd kimi qiymətləndirib.

Bu gün Belarusda seçki saxtakarlığına etiraz olaraq aksiyalar davam edib. Ən böyük aksiya siyasi məhbusların azad edilməsi tələbilə Minskdəki istintaq təxridxanasının ətrafında keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya ordusunun generalı Suriyada həlak olub

Sonrakı məqalə

“Qarabağ” Çempionlar Liqasında rəqibini darmadağın etdi