Rusiya ordusunun generalı Suriyada həlak olub

Rusiya ordusunun generalı Suriyada həlak olub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya ordusunun general-mayoru ölüb.

Rusiya MN partlayış zamanı daha iki rus hərbçisinin yaralandığını açıqlayıb.

Hadisə Deyr-ez-Zor yaxınlığında humanitar aksiyadan geri qayıdan zaman baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub.

Adı hələlik açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin general-mayoru hadisə yerindən təcili təxliyə olunub və ona tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lukaşenko ilə Putin arasında növbəti telefon danışığı olub

Sonrakı məqalə

Belarusda müxalifətin Koordinasiya Şurası yaradıldı –