“Belarusdakı vəziyyəti diqqətlə izləyirik” –NATO-dan bəyanat

“NATO Şərqi Avropada hərbi qüvvə toplamır, lakin Belarusdakı vəziyyəti diqqətlə izləyir”.

Trend-in məlumatına görə, bu barədə Brüseldə yayılan Şimali Atlantika alyansının bəyanatında deyilir.

NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku alyansın reqiondakı rolunu müdafiə, proporsional və münaqişələrin həlli üçün nəzərdə tutulduğunu qeyd edərək deyib: “Şimali Atlantika ittifaqının şərq hissəsində NATO-nun çoxmillətli mövcüdluğu heç bir ölkəyə təhlükə yaratmır”.

Onun sözlərinə görə, NATO Belarusdakı vəziyyəti yaxından izləyir. O.Lunqesku alyansın baş katibi Yens Stoltenberqin Belarus hakimiyyətini “təməl azadlıqlara, o cümlədən söz azadlığına və insanların dinc etiraz nümayiş etdirmək hüquqlarına hörmət etməsinə” çağırışını təkrarlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şabranda qəbiristanlıqda baş verən yanğın söndürülüb –

Sonrakı məqalə

Daha 33 azərbaycanlı Qazaxıstandan vətənə yola salınıb