“Belə pulsuz tibbi xidmət Amerikaya ölümcül zərbədir” –Tramp

“Demokratların israr etdiyi açıq sərhədlər və qeyri-leqal immiqrantlar üçün pulsuz tibbi xidmət, ABŞ üçün  ölümcül kombinasiyadır”.

AzPost bildirir ki bu barəddə respublikaçı prezident Donald Tramp özünün TruthSocial sosial səhifəsində bildirib.

O əlavə edib ki, demokratlar Amerika vətəndaşlarının pullarını bu məqsədlərə yönəltmək istəyirlər.

“Bu, ölümcül kombinasiyadır. Çünki hamı ABŞ-a axın edəcək”-deyə Ağ Evin başçısı vurğulayıb.

Oktyabrın 1-də ABŞ hökuməti rəsmi olaraq şatdaun elan olunub, hökumət işini dayandırıb. Buna səbəb Respublikaçılar və Demokratlar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəb olub. Həmçinin, bildirilib ki, şatdaun səbəbindən Tramp Nyu-York şəhəri üçün 18 milyard dollarlıq maliyyəni bloklayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.