Naməlum şəxslər Berlindəki parkda sovet əsgərinin şərəfinə qoyulmuş abidəni boya atıblar.
Azpost.info xəbər verir ki, bu barədə “Der Tagesspiegel” məlumat yayıb.
Məlumata görə, abidənin üzərinə “Rusların əlində Ukrayna qanı”, “Putin=Stalin” şüarları yazılıb və Rusiya hərbi texnikasında istifadə edilən “Z” simvolu çəkilib.
Bu, Berlin uğrunda döyüşlərdə həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidədir. İkinci Dünya müharibəsində sovet xalqının qələbəsinin simvolu hesab olunan abidənin açılışı 1949-cu ildə olub.
Azpost.info