İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
Azpost.info xəbər verir ki, o, tənəffüs çətinliyi sindromundan əziyyət çəkir.
Xəstəlik ağciyərlərdə geniş yayılmış iltihab prosesi ilə xarakterizə olunur. Simptomlara nəfəs darlığı, sürətli nəfəs və dərinin göyərməsi daxildir.
Reanimasiyada olan keçmiş baş nazirin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Azpost.info