Beş ayda 9 minə yaxın piyada cərimələndi

Piyada
Piyada

Bu ilin ilk beş ayında paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan səkkiz min yeddi yüz on üç piyada inzibati məsuliyyətə cəlb olunub.

AzPost xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən, ötən il bu göstərici on üç min altı yüz on beş nəfər olub.

Rəqəmlər piyadaların qaydalara əməl etməməkdə israrlı olduğunu göstərir. Qanunvericiliyə əsasən, piyada qayda pozuntularına görə xəbərdarlıq və ya cərimə ilə cəzalandırıla bilər.

Mütəxəssislər yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün piyadaların da sürücülər qədər diqqətli olmasının vacibliyini bildirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.