“Beşiktaş” 16-cı dəfə Türkiyə Super Liqasının qalibi olub

Türkiyə Super Liqasında 2020/21 mövsümünün çempionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həm qızıl medalların, həm də digər mükafatçıların sahibləri son turda bəlli olub.

Son tur öncəsi “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” qızıl medallara iddia edirdi. Axırıncı oyunlar da kritik alınıb. Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanan “Fənərbaxça” buna rəğmən bürünc mükafatla kifayətlənib. Enner Valensiya və Sərdar Azizin son dəqiqələrdəki qolları sayəsində “sarı-lacivərdlilər”in 2:1 hesablı qələbəsi 3-cü pillədə yer alan komandanın mövqeyini dəyişməyib.

Öz meydanında “Yeni Malatyaspor” önündə hesabda geri düşən “Qalatasaray” İbrahim Dərvişoğlu, Rayan Babel və Oğulcan Çağlayanın ikinci hissədəki qolları sayəsində 3:1 hesablı qələbə qazanıb. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki İzmirdə “Göztəpə” ilə üz-üzə gələn “Beşiktaş” rəqibini 2:1 hesabı ilə məğlub edib. “Qara qartal”ın heyətində Domaqoy Vida və Raşid Qezzal fərqlənib.

“Beşiktaş”la “Qalatasaray” mövsümü eyni xalla (84) tamamlamasına baxmayaraq, müsbət top fərqi rəqibindən daha çox olan “ağ-qaralar” finişə birinci çatıb.

Beləliklə, 3 illik həsrətə son qoyan “Beşiktaş” 16-cıdəfə Türkiyə çempionluğunu qazanıb.

Bununla 2021/22 mövsümündə Türkiyəni avrokuboklarda təmsil edəcək komandalar da müəyyənləşib. “Beşiktaş” və “Qalatasaray” Çempionlar Liqasında mübarizə aparacaqsa, “Fənərbaxça” ilə 4-cü yeri tutan “Trabzonspor” yeni yaradılmış Konfrans Liqasında çıxış edəcək.

Bundan başqa, “Dənizlispor”, “Ərzurumspor” və “Ankaragücü”nün ardından “Gənclərbirliyi” də elitanı tərk edib.

1 Beşiktaş 40 26 6 8 89-44 84
2 Qalatasaray 40 26 6 8 80-36 84
3 Fənərbaxça 40 25 7 8 72-41 82
4 Trabzonspor 40 19 14 7 50-37 71
5 Sivasspor 40 16 17 7 54-43 65
6 Hatayspor 40 17 10 13 63-53 61
7 Alanyaspor 40 17 9 14 58-45 60
8 Fatih Karagümrük 40 16 12 12 64-52 60
9 Qaziantep 40 15 13 12 59-51 58
10 Göztəpə 40 13 12 15 59-59 51
11 Konyaspor 40 12 14 14 49-48 50
12 Başakşəhər 40 12 12 16 43-55 48
13 Rizəspor 40 12 12 16 53-69 48
14 Kasımpaşa 40 12 10 18 47-57 46
15 Yeni Malatyaspor 40 10 15 15 49-53 45
16 Antalyaspor 40 9 17 14 41-55 44
17 Kayserispor 40 9 14 17 35-52 41
18 Ərzurumspor 40 10 10 20 44-68 40
19 Ankaragücü 40 10 8 22 46-65 38
20 Gənclərbirliyi 40 10 8 22 44-76 38
21 Dənizlispor 40 6 10 24 38-78 28
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəngəzurda Ermənistan və Azərbaycan arasında gedən danışıqlar başa çatıb –

Sonrakı məqalə

Dünyada son sutkada koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb