Bir zamanlar “Qalatasaray” və “Adana Demirspor”da futbol oynamış Henri Onyekuru digər İstanbul nəhənginə transfer olunur.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Henri Onyekuru “Beşiktaş”ın formasını geyinəcək.
Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubunda çıxış edən Henri “Qara qartal”ın prezidenti Serdal Adalı ilə görüşüb.
Artıq ilkin razılıq əldə olunub. Oyunçu “Beşiktaş”a azad agent kimi keçəcək.