Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Beynəlxalq Bank kartından 5251 manat OTP-siz silindi

Orkhan Ali 18 İyun 2025 - 09:51 (Last updated: 18 İyun 2025 - 10:27)
Beynəlxalq bank

Beynəlxalq bank

Azərbaycan Beynəlxalq Bankının (ABB) bir müştərisinin başına gələn hadisə ictimaiyyətdə narahatlıq doğurub.
AzPost xəbər verir ki, Balakən sakini Əsgər Axundov iyunun 12-dən 13-nə keçən gecə saat 02:50-də maaş kartından 5251 manat vəsaitin xəbərsiz şəkildə xarici saytlara köçürüldüyünü bildirib.

Ən diqqətçəkən məqam isə budur ki, əməliyyat OTP (birdəfəlik şifrə) göndərilmədən həyata keçirilib. Əsgər Axundov iddia edir ki, kart heç bir saytda və proqramda qeydiyyatdan keçməyib, eləcə də heç bir fişinq linkinə daxil olmayıb və kənar şəxslərlə məlumat paylaşmayıb.

Pulun köçürüldüyü “Hapiness” və “Khankyun” adlı saytların heç birinə onun tərəfindən giriş edilmədiyi bildirilir. Axundov deyir ki, iyunun 13-də kart ABB tərəfindən bloklansa da, bank yalnız ayın 17-də filialda chargeback (pulun geri alınması) sorğusu yaratmağı tövsiyə edib.

O, Balakən filialına yaxınlaşdıqdan sonra isə ABB-nin cavabı daha da məyusedici olub. Belə ki, bank əməkdaşları OTP-siz əməliyyat olduğunu təsdiqləsələr də, Mastercard-ın bu cür əməliyyatlar üçün sorğunu qəbul etmədiyini bildirərək, vətəndaşı hüquq-mühafizə orqanlarına yönləndiriblər.

ABB isə sosial şəbəkə üzərindən verdiyi açıqlamada, müştəridən FIN kodunu və əlaqə nömrəsini şəxsi mesajla göndərməsini istəyib və araşdırma aparılacağını qeyd edib.

Mütəxəssislər bildirirlər ki, OTP-siz əməliyyatlar yalnız müəyyən hallarda – məsələn, “card-on-file” sistemlərində və ya zəif təhlükəsizlik səviyyəsinə malik ticarət platformalarında mümkün ola bilər. Mütəxəssislər hesab edir ki,  bildirib ki, belə əməliyyatların bank tərəfindən bloklanmaması bankın sistemində ciddi boşluqdan qaynaqlana bilər.

AzPost.az

Post navigation

Previous: Baş Prokuror İlham Ləmbəranskini işdən azad edib
Next: Ötən gecə İranın hücumundan sonra 94 nəfər xəstəxanaya yerləşdirilib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.