“Beynəlxalq təhlükəsizlik sistemində islahatlar getməlidir” –ÇAVUŞOĞLU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu beynəlxalq təhlükəsizlik sistemində islahatlara çağırıb.
Azpost.info xəbər verir ki, XİN rəhbərinin finrincə, Ukraynadakı müharibə belə bir ehtiyacın olduğunu göstərir. “Beynəlxalq təhlükəsizlik sistemi, BMT-nin sistemi münaqişələri, mürəkkəb məsələləri həll etmək gücündə deyil. Ankara islahatların baş verməsini oturub gözləmək fikrində deyil”, – Çavuşoğlu bildirib.
Xarici işlər naziri əlavə edib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir: “Türkiyənin mövqeyi ədalətli və balanslı yanaşmaya əsaslanır”.
Azpost.indo
Əvvəlki məqalə

Rusiya banklarının nağd valyuta satışına icazə verilib

Sonrakı məqalə

Rusiya Lvov şəhərinə raket zərbələri endirib