“Beynəlxalq Cinayət Məhkəməsi əhəmiyyətsiz qurumdur”-Putinin mətbuat katibi

Dmitri Peskov
Dmitri Peskov

“Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Qalantın həbsinə orderlərin verməsinə münasibət bildirərkən deyib.

O, Haaqa tribunalının məlum qərarına şərh verməyib, çünki bu qurumun Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu söyləyib.

Kremlin sözçüsünün sözlərinə görə, BCM-nin fəaliyyəti çətin ki, nəyəsə, o cümlədən Yaxın Şərq nizamlanmasına kömək etsin.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.