Beyrtuda hökumət əleyihnə kütləvi nümayişlər başlayıb –İğtişaşçılar iki Nazirliyi tutublar, çoxlu yaralananlar var (FOTO) YENILƏNIB

Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir.

Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.

Livanın paytaxtı Beyrutda etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına soxulublar. Aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut – silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.

Şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər. “Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına soxulublar.

Qeyd edək ki, faktiki olaraq şəhər mərkəzi bütövlükdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında yaranan toqquşma meydanına çevrilib. Kütləvi etiraz aksiyaları “Al-Kataib” müxalifət partiyasının lideri Sami Jmayelin çağırışlarından sonra baş qaldırıb.

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 172 nəfərə çatıb. Bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bundan əvvəl 142 nəfərin xəsarət aldığı bildirilmişdi.

“Xəsarət alan 55 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 117 yaralıya yerində tibbi yardım göstərilib”, – deyə məlumatda qeyd olunub.

**

Livanın paytaxtı Beyrutda etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 490 nəfərə çatıb.

“Al Manar” telekanalı məlumat yayıb.

Bundan əvvəl 238 nəfərin xəsarət aldığı bildirilmişdi.

Beyrutda etirazçılar tərəfindən zəbt olunmuş Livan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alan hərbçilər onları binadan çıxmağa məcbur edə bilib.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, əsgərlər içəri daxil olaraq etirazçıları oradan qovublar. Bundan başqa, hərbi bölmələr Energetika Nazirliyi binasına da cəlb olunub və orada hər kəsdən binanı könüllü olaraq tərk etmələri tələb edilib.

Bundan bir qədər əvvəl isə “Al Mayadeen” telekanalının verdiyi xəbərə görə, hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı bir qrup insan Livan nazirliklərinin binalarına daxil olaraq orada sənədləri məhv ediblər. Telekanalın verdiyi məlumata görə, “nazirlik binalarına daxil olduqdan sonra insanlar ilk növbədə oradakı sənədləri məhv ediblər”.

“1992-ci ildən bəri korrupsiya ilə əlaqəli sənədlərin məhv edilməsi üçün bir plan irəli sürülüb”, – deyə telekanala bir mənbə bildirib.

Qeyd edək ki, son bir saat ərzində Beyrutun mərkəzində etirazçılar bir sıra nazirliklərin – qərargah qurduqları Xarici İşlər Nazirliyinin, habelə İqtisadiyyat, Ətraf Mühit və Energetika Nazirliklərinin binalarını zəbt ediblər. Bundan əlavə, Livan Banklar Assosiasiyasının qərargahının ələ keçirildiyi bildirilib. “Al Arabiya” telekanalının verdiyi məlumata görə, bina yandırılıb, digər bir məlumata görə, gözyaşardıcı qaz vasitəsilə etirazçılar oradan uzaqlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehmanxanalarda Operativ Nəzarət Qrupu yaradılacaq

Sonrakı məqalə

QMİ-yə və Şeyxülislama qarşı “qırmızı hucumlar” nəyə xidmət edir?