Bibiheybət məscidi jurnalistlər üçün müsabiqə elan edib

Bibiheybət məscidinin rəsmi facebook səhifəsi Həzrət Peyğəmbərin (s) mövludu çərçivəsində keçiriləcək Vəhdət həftəsi ilə bağlı “Vəhdət-mənəvi dəyərlərmizin tərkib hissəsi” adlı məqalə müsabiqəsi elan edib.

Müsabiqəyə milli-mənəvi dəyərlərimizin qorunması, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlər sistemimizə verdiyi töhfələr, müstəqillik illərində milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış sahəsində qazandığımız uğurlar, Bibiheybət məscidinin tarixindən bəhs edən məqalələr göndərilə bilər.

Müsabiqəyə məqalə qəbulunun şərtləri:

Müsabiqəyə elmi və publisistik məqalələr qəbul edilir. Təqdim edilən məqalələr “Bibiheybet mescidi Hekime xanım ziyaretgahi” səhifəsinin inboksuna göndərilir.

Elektron məktubda müəllifin adı, soyadı və əlaqə nömrəsi qeyd edilməlidir.

Daha öncə dərc və çap olunmuş məqalələr müsabiqəyə qəbul edilmir.

Müsabiqədə iştirak edəcək namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Məqalələr A4 formasında ən 3-5 səhifə olmalıdır.

Müsabiqəyə əsər qəbulu 2020-ci ilin oktyabr ayının 1-dən 20-dək davam edəcək.

Müsabiqənin mükafat fondu:

Mükafat diplom və puldan ibarətdir.

I yer – 300 manat

II yer – 200 manat

III yer – 100 manat

Həvəsləndirici mükafat –50 manat – (iki yer).

Qeyd: Müsabiqə ilə bağlı suallarınızı Bibiheybət məscidinin rəsmi facebook səhifəsinin mesaj qutusuna yaza və ya 055-515-67-99 nömrəsinə zəng edərək bildirə bilərsiniz.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir