Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Biləsuvar sakini ölkənin iri pambıqçılıq şirkətini məhkəməyə verib

User 09 Yanvar 2023 - 14:34 (Last updated: 21 May 2025 - 20:15)
rovsen hesenov

“MKT İstehsalat Kommersiya”MMC və şirkətin Biləsuvar filalı məhkəməyə verilib.

Azpost.info xəbər verir ki, iddiaçı Əliyev Nicat Elsevər oğlu adlı vətəndaşdır. Onun tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. İş hazırda apellyasiya mərhələsindədir.

Əldə etdiyimiz məlumata görə, birinci instansiya məhkəməsi Nicat Əliyevin iddiasını təmin etməyib. O da apellyasiya şikayəti verib. Vətəndaşın şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın sədrliyi ilə baxılacaq.

“MKT İstehsalat Kommersiya” MMC 23 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923.51 AZN olan şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur. Rövşən Həsənov həm də MMC-nin İdarə Heyətinin sədridir.

O, bundan əvvəl “GT Cotton Holdings” MMC-nin rəhbəri olub. “GP Cotton Holdings” MMC ilə “MKT İstehsalat Kommersiya” MMC vaxtilə eyni hüquqi ünvanda – Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95-də yerləşiblər. Bu ünvanda “Gilan Holding” və ona bağlı şirkətlər də qeydiyyatda olub.

Sonradan “Gilan Holding”və “GP Cotton Holdings”in hüquqi ünvanı dəyişib.

Hazırda hər iki şirkət Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşir. Hüquqi ünvanların dəyişdirilməsi təsadüfi deyil. Çünki hər üç şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlılığı barədə məlumatlar var. Yerli mediada bu barədə kifayət qədər yazılıb və indiyə qədər təkzib olunmayıb.

Yeri gəlmişkən, “MKT İstehsalat Kommersiya” MMC-nin rəhbəri Rövşən Həsənov bir neçə il əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Avstraliya ilə Avstriyanı səhv salması ilə yadda qalmışdı.

Prezidentlə Rövşən Həsənov arasındakı həmin məşhur dialoqu təqdim edirik:

“Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır?  Sizdə bu məlumat var?

Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır. Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?

Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan”.

Hüseyn Abbas

Post navigation

Previous: Çinin yeni XİN rəhbəri Afrika turnesinə çıxır
Next: “Türkiyə PUA-ları Qarabağda dünya müharibə qaydalarını dəyişdirdi” –

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.