Biləsuvar sakini qohumunu güllələyib

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis idarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb. Saxlanılan şəxs hadisə barədə polisi özü məlumatlandırıb. Bildirilib ki, onlar qohumdur və cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Əsgər Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Muzdlu işçilərlə bağlı vergi güzəşti kimlərə şamil edilir?

Sonrakı məqalə

COVID-19 üçün istifadə edilən modul tipli xəstəxanada vərəm xəstələri müalicə olunacaq