Biləsuvarda iki uşağı olan gənc qadın itkin düşüb-FOTO

Biləsuvar sakini itkin düşüb.

Bu barədə onun yaxınları məlumat verib.

Qeyd edilib ki, Biləsuvar şəhəri Salatın Əsgərova küçəsində yaşayan 1997-ci il təvəllüdlü Günel Şaiq qızı Hüseynzadə mayın 12-də, saat 18-19 radələrində yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib. Bundan sonra onu görən olmayıb.

G. Hüseynzadənin boyu 1.65 santimetr, gözləri qəhvəyi, saçları qara, bədəni orta quruluşludur. Evdən çıxarkən əynində göy cins şalvar, bənövşəyi kofta, qara idman ayaqqabısı, başında hicab olub.

Onu görənlərdən DİN-in 102 xidmətinə və 050 491 55 84 nömrəsinə zəng vurub məlumat vermələri xahiş olunur.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir. (APA)

Qeyd edək ki, G. Hüseynzadənin iki övladı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.