“Bilirdik ki, xəstədir, lakin möhkəm dayanırdı”- Cavanşir Quliyev

Deməyə söz tapmıram, biz ən böyük müğənnilərimizdən birini itirdik. Aygün Bəylər bu dünyanı çox erkən tərk etdi.

Bunu Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Azərbaycanın Əməkdar artisti Aygün Bəylərin vida mərasimində jurnalistlərə deyib.

“Mən Aygünün ilk addımlarından yanında olmuşam. Bizim onunla çox böyük layihələrimiz, planlarımız var idi. Bir qismini həyata keçirmişdik, bir qismi qalmışdı. Özünün də planları var idi. Aygün Bəylərlə bağlı çox xatirələrimiz var idi. O, təkrar olunmaz insan idi, daxilən azad idi”, – o deyib.

Cavanşir Quliyev Əməkdar artistlə sonuncu dəfə dekabrın 26-da onun konsertində görüşdüyünü bildirib.

 

“Biz bilirdik ki, o xəstədir, lakin möhkəm dayanırdı”, – deyə bəstəkar əlavə edib.

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylərlə vida mərasimi Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir. Aygün Bəylər Suraxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.