Bill Geyts ən rahat smartfonun adını açıqladı

“Microsoft”un yaradıcısı Bill Geyts bildirib ki, özünün də istifadə etdiyi “Samsung” Galaxy Z Fold 3-ü ən rahat smartfon hesab edir.

Azpost.info xəbər verir ki, o, bu barədə “AndroidAuthority” portalına danışıb. “Mənim smartfonum Galaxy Z Fold 3-dür. Müxtəlif cihazları sınamışam. Belə bir ekran mənim üçün həm əla portativ kompüteri, həm də telefonu əvəz edir”, – Geyts bildirib.

Portalın məlumatına görə, “Samsung” və “Microsoft” şirkətləri uzun müddətdir əməkdaşlıq edirlər. “Microsoft”un bir çox xidmətləri “Samsung” smartfonlarında əvvəlcədən quraşdırılıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiya 963 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoydu

Sonrakı məqalə

Bayden Ukraynaya 40 milyardlıq yardımla bağlı qanunu imzaladı