Binədə məktəbli qızı maşın vuraraq öldürdü

18 Yanvar 2020 - 15:08

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurovanı vurub.

Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.