Binanın girişinə atılan uşaqla bağlı- Açıqlama

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti məlumat yayıb.

Gətirilərkən vəziyyəti orta-ağır olan körpə həkimlərin səyi nəticəsində sağalmaq üzrədir.

Qeyd edək ki, Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib. Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlamentdə bələdiyyələrin fəaliyyəti tənqid edilib

Sonrakı məqalə

Milli Ödəniş Sistemi ilə bu il 169 mlrd. manatlıq ödənişlər həyata keçirilib