“Bir ata kimi oğlumu tənbeh etdim”-Ağcabədinin icra başçısı polis oğlunun Yasamaldakı əməlindən danışdı

“Bu haqda əlavə bir söz deməyin yeri yoxdur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi səviyyəsində açıqlama olub. Təbii ki, bir ata kimi mən də oğlumu tənbeh etdim”.

Bu sözləri Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ötən həftə vətəndaşın mənzilinə daxil olaraq, lüt vəziyyətdə aparan  polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin qanunsuz əməli barədə  Gununsesi.orgun sorğusuna cavabında deyib.

Qeyd edək ki, Şəhriyar Hüseynzadənin bu hərəkəti ölkədə ciddi ictimai qınaq yaratdığından DİN rəhbərliyi onu cəzalandırıb.

Onu da qeyd edək ki, vətəndaşlara qarşı zorakılıq edən Şəhriyar Hüseynzadə həmdə Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun da kürəkənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda olan daha 130 İran vətəndaşı ölkəsinə yola salındı

Sonrakı məqalə

“Ev şəraitində müalicə aparılmamalıdır”