Azərbaycanda olan daha 130 İran vətəndaşı ölkəsinə yola salındı- Bu gün

Azərbaycanda qalan İran vətəndaşlarından daha bir qrupu bu gün ölkəsinə göndərilib.

APA-nın Tehran bürosunun İran dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, bu gün daha 130 nəfər İran vətəndaşı Astara sərhəd-keçid məntəqəsindən keçməklə İrana yola salınıb.

Bildirilib ki, İranın Azərbaycandakı səfirliyi və Azərbaycan rəsmilərinin davamlı səyləri nəticəsində indiyədək 664 nəfər İran vətəndaşı ölkələrinə qaytarılıb.  

Qeyd edək ki, İran-Azərbaycan sərhədi mart ayından bağlanıb, iki ölkə arasında hava uçuşları da dayandırılıb. Sərhədlərin bağlanmasına baxmayaraq, iki ölkə arasında yük daşımaları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 2.5 milyon manat ayrıldı

Sonrakı məqalə

“Bir ata kimi oğlumu tənbeh etdim”-