“Yaponiya gələn il G7-nin sədri kimi Rusiyaya qarşı sanksiyaları, Ukraynaya yardımı təşviq etmək niyyətindədir”.
Azpost.info xəbər verir ki, bunu Baş nazir Fumio Kişida bugünkü mətbuat konfransında bildirib.
“Biz Rusiyaya qarşı sanksiyaları, Ukraynaya yardımı və G7 üzvlərinin qonşu ölkələrlə əməkdaşlığını ciddi şəkildə təşviq etmək niyyətindəyik”, – Baş nazir deyib.
O qeyd edib ki, müzakirələr zamanı Asiyanın G7-də yeganə nümayəndəsi kimi Avropanın və Hind-Sakit okean regionunun təhlükəsizliyinin ayrılmaz olduğunu vurğulamaq niyyətindədir.
Azpost.info