Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır

Ukraynalı boksçu Aleksandr Usik məşhur istehsalçıdan saxta saat taxdığını etiraf edib.

Publika.az xəbər verir ki, Usdik bu haqda sosial şəbəkədə paylaşdığı videoda bildirib.

“Və bu Çin “Rolex”i. Mən məşq üçün Türkiyədə idim, sahilə çıxdım və orada oğlanlar “Rolex” taxmışdılar.

Yaxşı, düşündüm: “Özümə bir “Rolex” alacağam. Mən də bunu özüm üçün yüz dollara almışam”, – Usik bildirib.

Bundan əvvəl Usik revanş görüşündə Tayson Fyurini məğlub edərək üç ağır çəkidə çempionluq kəmərini qoruyub. O, bu döyüşdən 100 milyon dollardan çox mükafat əldə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.