Bir qrup rus müğənni, aktyor və politoloqun Latviyaya girişinə qadağa qoyuldu- SİYAHI

Latviya hökuməti Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı dəstəkləyən bir qrup rusiyalını “qara siyahı”ya salıb.

Azpost.info xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyahıda aktyorlar, teleaparıcılar və politoloqlar da daxil olmaqla 35 rusiyalı var. Bu şəxslərin Latviyaya qeyri-müəyyən müddətə qədər girişinə qadağa qoyulub.

“Qara siyahı”da “LXR”in Rusiyadakı nümayəndəliyinin keçmiş rəhbəri Rodion Miroşnik, ifaçılar Şaman, Akim Apaçov, Natalya Kaçura, Nadejda Babkina, Aleksandr Marşal, TV aparıcılarıı Lera Kudryavtseva, Yuliya Baranovskaya, Ruslan Ostaşko , aktyorlar Polina Aqureyeva, Kirill Kuznetsov, Stanislav Starovoitov, politoloqlar Yevgeni Satanovski, Rostislav İşçenko, Gevorq Mirzayan, Dmitri Evstafyev, həmçinin jurnalistlər Yuliya Vityazeva, Mix Şailova da var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.