“Bir sözə görə müəllimlərin işdən çıxarılması düzgün deyil”- Siyavuş Novruzov

Bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəddən eyni sənədlərin tələb edilməsi düzgün deyil, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov vətəndaşların kartından pulların çıxarılması hallarının yayılmasına diqqət çəkib: “Texnologiyalardan istifadə edərək vətəndaşların pensiyalarının, pullarının bank kartalarından mənimsənilməsi narazılıq yaradır. Bunun qarşısı alınmalıdır. Vətəndaş banka etibar edir, kartından pul çıxarılır”.

O, bir söz, ifadə işlədən müəllimlərin üzərinə düşülməsini, işdən çıxarılmasını da düzgün saymayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.