“Birgə təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir” –CEYHUN BAYRAMOV

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın qədim tarixi var. Birgə hərbi təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir.

Bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri çərçivəsində “CNN Türk” kanalına müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, təlimlər mütəmadi olaraq həyata keçirilir və hazırda Azərbaycan ərazisində keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri də bu qəbildəndir: “Onu da qeyd etmək çox vacibdir ki, Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq nəinki iki ölkənin, eyni zamanda regionun inkişafına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, hərbi əməkdaşlıq da bu yöndə dəyərləndirilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus təhlükəsinə görə qəbul imtahanına buraxılmayanlar barədə qərar verildi

Sonrakı məqalə

Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisi Azərbaycana səfərə gəlir