Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisi Azərbaycana səfərə gəlir

Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Birgə təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir” –

Sonrakı məqalə

Böyük Britaniya iqtisadiyyatı rekord səviyyədə azalıb